İdmançılarımız Avropa çempionatında medallar qazandılar

İdmançılarımız Avropa çempionatında medallar qazandılar

Polşada keçirilən fudokan döyüş növü üzrə 25-ci Avropa çempionatında çıxış edən Azərbaycan idmançıları - Əsəd İmanov gümüş, Nicat Əsədov bürünc medal qazanıblar.

Fanat.Az xəbər verir ki, Azərbaycan komandası bu nəticə ilə şəxsi kumite yarışlarında (18-21 yaşlılar) üçüncü pillədə yer tutub.

Qeyd edək ki, daha əvvəl Elməddin Səlimli uşaqlar arasında Avropa çempionatının qalibi olub.

Yarışda ölkəmizi Dünya Fudokan Federasiyasının Azərbaycanda rəsmi və səlahiyyətli nümayəndəsi Vüsal Abdullazadənin rəhbərlik etdiyi 4 idmançı təmsil edir.

Qitə çempionatına 30-dan çox ölkədən idmançılar qatılıb. Çempionat bu gün başa çatacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər