İddiaçılar Turniri: Rəcəbov rusiyalı şahmatçı ilə "sülh bağladı"

İddiaçılar Turniri: Rəcəbov rusiyalı şahmatçı ilə "sülh bağladı"

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində növbəti görüşünü keçirib.

Fanat.Az xəbər verir ki, 35 yaşlı qrossmeyster yarışın üçüncü turunda ağ fiqurlarla FIDE bayrağı altında mübarizə aparan rusiyalı Yan Nepomnyaşi ilə üz-üzə gəlib. Rəcəbov turnirin son qalibi olan rəqibi ilə matçın 30-cu gedişində "sülh bağlayıb".

Təmsilçimiz ilk turda ağ fiqurlarla Fransa şahmatçısı Alireza Firuzca ilə heç-heçə edib, ardınca Hikaru Nakamuraya (ABŞ) uduzub.

Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar. Turnirin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.

İddiaçılar Turniri III tur

Teymur Rəcəbov (Azərbaycan) - Yan Nepomnyaşi (FIDE) 0,5:0,5 Dinq Liren (Çin) - Rixard Rapport (Macarıstan) 0,5:0,5 Alireza Firuzca (Fransa) - Hikaru Nakamura (ABŞ) 0,5:0,5 Fabiano Karuana (ABŞ) - Yan-Kşiştof Duda (Polşa) 0,5:0,5

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər