“Heydər Əliyev-100”: Türkiyə millisindən qələbə

“Heydər Əliyev-100”: Türkiyə millisindən qələbə

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində günün ilk oyunu keçirilib.

Fanat.Az xəbər verir ki, B qrupunda yer alan Türkiyə ilə CAR yığmaları Bakı Tennis Akademiyasında 4-cü tur matçında üz-üzə gəliblər.

Afrikalılar ilk üç matçda olduğu kimi, bu dəfə də böyükhesablı məğlubiyyətə düçar olublar. Onlar Türkiyənin 10 qoluna cəmi 2 topla qarşılıq verə biliblər – 2:10. Bu qələbə ilə xallarının sayını 6-ya çatdıran Türkiyə yığması qrupu üçüncü pillədə başa vurmaq üçün digər görüşdə Fransanın Qazaxıstana qalib gəlməsinə ümid etməlidir.

Bu gün A qrupu çərçivəsində İtaliya – Çexiya və Azərbaycan – Serbiya görüşləri olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər