Gimnastlarımız Dünya Kubokunda mübarizəyə başlayırlar

Gimnastlarımız Dünya Kubokunda mübarizəyə başlayırlar

Bu gün İtaliyanın Riççione şəhərində batut gimnastikası üzrə Dünya kuboku start götürür.

Fanat.Az xəbər verir ki, bu gün qarışıq cütlüklər arasında sinxron tullanışlar üzrə təsnifat mərhələsi keçiriləcək.

Bakıda təşkil edilən Dünya kubokunun ilk mərhələsində bürünc medal qazanan Əli Niftəliyev və Selcan Mahsudovadan ibarət Azərbaycan dueti finala vəsiqə uğrunda mübarizə aparacaq.

Aprelin 5-də fərdi yarışlar olacaq: gimnastlarımız ən yaxşı 24 iştirakçının qatılacağı yarımfinala vəsiqə qazanmağa çalışacaqlar.

Yarımfinallar aprelin 6-da günün ilk yarısında, finallar isə proqramın axşam hissəsində baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər