"Frayburq"un lider olması oyuna motivasiya qatır" - Vaqif Sadıqov

"Frayburq"un lider olması oyuna motivasiya qatır" - Vaqif Sadıqov

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin oyunları start götürəcək. 

Azərbaycanı turnirdə təmsil edən "Qarabağ" da ilk turda Almaniyada "Frayburq"un qonağı olacaq.

Azərbaycan millisinin sabiq baş məşqçisi Vaqif Sadıqov Fanat.Az-a açıqlamasında Ağdam təmsilçisinin bu görüşdəki şanslarını dəyərləndirib.

"Qarabağ"dan həmişə böyük gözləntilərimiz olub. İnanıram ki, bu gün də ümidlərimizi doğruldacaq. Qurban Qurbanovun yetirmələrinin belə klublara qarşı oynayacağını çoxdan gözləyirdim. Düşünürəm ki, "Qarabağ" top beşlik klubları ilə mübarizə aparacaq qüvvədədir.

"Frayburq"un Almaniya Bundesliqasının lideri olması bugünkü oyuna əlavə motivasiya qatır. Rəqib kağız üzərində nə qədər favorit olsa da, "Qarabağ" öz komanda ruhu ilə bu matçdan da öz sözünü deyə bilər. Ümid edirəm tablodakı hesabla "Qarabağ"ın sərgilədiyi oyun üst-üstə düşər. İnanıram ki, öz gücümüzü elə ilk oyunda göstərəcəyik. 

Vadjinin kimin əvəz edə biləcəyinə gəlincə isə, "Qarabağ"dakı komanda oyunu onun yoxluğunu hiss etdirməyəcək. Mən bir daha "Qarabağ" bu oyunda müvəffəqiyyət arzu edirəm". 

Qeyd edək ki, "Europa-Park" stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər