"Ferentsvaroş"un kapitanı: "İkinci hissədə nəticəni qorumağa çalışdıq"

"Ferentsvaroş"un kapitanı: "İkinci hissədə nəticəni qorumağa çalışdıq"

Macarıstanın "Ferentsvaroş" klubunun kapitanı Deneş Dibus UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la ötən gecə baş tutan (1:1) görüşü dəyərləndirib.  

Fanat.Az xəbər verir ki, qapıçı oyunun çətinliyindən danışıb: 

"Oyun şəraiti ağır, rütubət yüksək idi. Stadion çox gücümüzü aldı. Qarşılaşmada nəticə onların xeyrinə də bitə bilərdi, çünki onların da şansları vardı. İkinci hissədə biz daha çox nəticəni qorumağa çalışdıq. Səfərdəki heç-heçədən narazı qala bilmərik. Buraxdığımız qolda bir az bəxtimiz gətirmədi. “Qarabağ”ın yaxşı komanda olduğunu gördük. Bütün bildiklərimiz ikinci oyunda bizə lazım olacaq. Bunu evdə – öz tamaşaçılarımızın qarşısında etmək lazımdır”.

Qeyd edək ki, "Ferentsvaroş" – "Qarabağ" cavab matçı avqustun 9-da Macarıstanın paytaxtı Budapeştdə olacaq. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər