AL: Mahir Emreli "Legiya"nı qrupa dublla daşıdı

AL: Mahir Emreli "Legiya"nı qrupa dublla daşıdı

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası -  Varşava "Legiya"sı Avropa Liqasının pley off mərhələsində "Slaviya" ilə cavab oyununa çıxıb. 

Fanat.Az xəbər verir ki, ilk oyunda 2:2 hesablı heç-heçəyə razılaşan Polşa komandası öz meydanında 2:1 hesablı qələbə qazanaraq qrup mərhələsinə yüksəlib.

Qonaqlar ilk dəqiqələrdən azlıqda qalsa da, hesabı aça bilib. Lakin 59 və 70-ci dəqiqələrdə vurduğu qollarla dublunu rəsmiləşdirən Mahir hesabı komandasının xeyrinə dəyişməyi bacarıb. 

Bu nəticə ilə Polşa təmsilçisi AL-in qrup mərhələsində oynamaq hüququ qazanıb.

"Legiya"nın "Facebook" səhifəsi futbolçumuzun ilk qolunu onun adını "MAHİROWSKIIIII" şəklində yazmaqla göstəribsə, ikinci qoldan sonra onu dublunu rəsmiləşdirməsi münasibəti ilə təbrik edib. 

AL: Mahir Emreli "Legiya"nı qrupa dublla daşıdı

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər