Əliyar Ağayev qrup oyununa təyinat aldı

Əliyar Ağayev qrup oyununa təyinat aldı

FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

Fanat.Az xəbər verir ki, təmsilçimizə UEFA Konfrans Liqasının qrup oyunu tapşırılıb. 

D qrupu çərçivəsində baş tutacaq “Yablonets” (Çexiya) – “Randers” (Danimarka) qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.  

Oyun oktyabrın 21-də saat 23:00-da Çexiyada keçiriləcək. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər