Durarbəyli və Səfərlidən heç-heçə, Fətəliyeva uduzdu

Durarbəyli və Səfərlidən heç-heçə, Fətəliyeva uduzdu

Azərbaycan şahmatçısı Vasif Durarbəyli Sitjesdə (İspaniya) keçirilən festivalın səkkizinci turunda ukraynalı Anton Korobovla heç-heçə edib.

Fanat.Az xəbər verir ki, bu nəticədən sonra o, xalını 6-ya çatdıraraq turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Eltac Səfərli Hindistan şahmatçısı ilə heç-heçəyə razılaşıbsa, digər təmsilçimiz Ülviyyə Fətəliyeva ispaniyalı rəqibinə məğlub olub.

Durarbəylidən yarım xal geri qalan Səfərli 28-cidir. Fətəliyeva isə 4,5 xalla 98-ci sıradadır.

Lider ən yaxın izləyicilərini bir xal qabaqlayan Kirill Alekseyenkodur (FIDE).

Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən turnir 10 turdan ibarətdir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər