Dünya çempionunu yendi, rekorda imza atdı

Dünya çempionunu yendi, rekorda imza atdı

Hindistanlı şahmatçı Dommaracu Qukeş "Meltwater Champions Chess Tour" onlayn seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid”də diqqətçəkən nəticəyə imza atıb.

Fanat.Az xəbər verir ki, 16 yaşlı qrossmeyster norveçli Maqnus Karlseni dünya çempionu kimi məğlub edən ən gənc şahmatçı olub.

Dairəvi sistemlə keçirilən ilk mərhələnin IX turunda Maqnusa qalib qalib gələn Qukeş bunu 16 yaş 4 ay 20 günündə bunu bacarıb.

Əvvəlki rekord onun həmyerlisi Rameşbabu Praqqnanandhaya məxsus olub. Praqqnanandha 16 yaş 6 ay 10 günündə Karlseni yenmişdi.

Qeyd edək ki, Dommaracu Qukeş XI turda Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarova da qalib gəlib. Hazırda o, 21 xalla üçüncü, iki xal çox toplayan Məmmədyarov isə ikincidir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər