Dünya çempionatında yarışacaq gimnastlarımız açıqlandı

Dünya çempionatında yarışacaq gimnastlarımız açıqlandı

İdman gimnastikası millimizin qarşıdakı dünya çempionatı üçün heyəti məlum olub.

Fanat.Az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyası mundial üçün Milana Minakovskaya, Samirə Qəhrəmanova, Nikita Simonov və Tokio 2020 Yay Olimpiya Oyunlarının iştirakçısı İvan Tixonovu sifariş edib.

Qeyd edək ki, dünya çempionatı oktyabrın 18-dən 24-dək Yaponiyanın Kitakyuşu şəhərində keçiriləcək.

Sahib Əsədbəyli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər