Dünya çempionatına seçim turniri başladı

Dünya çempionatına seçim turniri başladı

Noyabrın 19-da İsraildə şahmat üzrə komandalar arasında dünya çempionatına start veriləcək. 

Fanat.Az xəbər verir ki, Azərbaycan Şahmat Federasiyası kişi şahmatçılardan ibarət milli komandanın heyətini müəyyənləşdirmək üçün seçim turniri keçirmək barədə qərar qəbul edib.

Yarışda iştirak edəcək millinin dörd üzvü seçim turnirinin nəticəsinə əsasən məlum olacaq. 

Turnirin təşkilində əsas məqsəd son aylar müxtəlif beynəlxalq turnirlərdə yüksək nəticə göstərən şahmatçılara milli komandada çıxış etmək imkanı yaratmaqdır.

Yarışda Qədir Hüseynov, Rauf Məmmədov, Nicat Abasov, Vasif Durarbəyli, Misrətdin İskəndərov, Vüqar Əsədli, Məhəmməd Muradlı və Aydın Süleymanlı iştirak edir.  

Dairəvi sistemlə təşkil olunan turnir oktyabrın 29-da yekunlaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər