Dünya çempionatına hansı şahmatçılarımız gedəcək?

Dünya çempionatına hansı şahmatçılarımız gedəcək?

Beynəlxalq Şahmat Federasiyası (FIDE) dekabrın 25-31-də Qazaxıstanın Almatı şəhərində keçiriləcək rapid və blits üzrə dünya çempionatında iştirak üçün qeydiyyata başlayıb.

Fanat.Az xəbər verir ki, kişilərin yarışında reytinqi 2550--dən, qadınlarda isə 2250-dən aşağı olmayan şahmatçılar iştirak edə bilər.

İstisna hal kimi öz ölkələrinin çempionları da mundiala qatılmaq hüququna malikdir.

Reqlamentə əsasən, dekabrın 26-28-də rapid yarışı baş tutacaq, növbəti iki gündə isə iştirakçılar blits üzrə qalibləri müəyyən edəcək.

DÇ-də Azərbaycanın aparıcı şahmatçılarının da iştirakı gözlənilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər