Dünya çempionatı: Millimiz Rusiya və Fransaya qarşı

Dünya çempionatı: Millimiz Rusiya və Fransaya qarşı

İspaniyanın Sitjes bölgəsində qadın şahmatçıların dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, bu gün qrup mərhələsinin daha iki turu oynanılacaq. A qrupunda yer alan Azərbaycan millisi III və IV tur çərçivəsində müvafiq olaraq Rusiya və Fransa ilə üz-üzə gələcək.

Xatırladaq ki, millimiz dünən baş tutan ilk iki turda Hindistan və Ermənistan yığmaları ilə heç-heçə edib.

Səkkizinci dəfə təşkil olunan yarışda 12 kollektiv mübarizə aparır. Onlar hərəsində 6 iştirakçı olmaqla iki qrupa bölünüb. Hər qrupda ilk dörd yeri tutan komandalar pley-offa vəsiqə qazanacaq.

Millimizin heyəti Günay Məmmədzadə, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Zeynəb Məmmədyarova və Ülviyyə Fətəliyevadan ibarətdir.

Qeyd edək ki, dünya çempionatına oktyabrın 2-də yekun vurulacaq.   Komandalarası dünya çempionatı Qrup mərhələsi A qrupu

III tur Azərbaycan - Rusiya

IV tur Fransa - Azərbaycan

Xal durumu: Rusiya - 4, Ermənistan - 3, Hindistan - 3, Azərbaycan - 2, Fransa - 0, İspaniya - 0

Sahib Əsədbəyli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər