DÇ: Azərbaycan ilk qızıl medalını qazandı

DÇ: Azərbaycan ilk qızıl medalını qazandı

Azərbaycanın yeniyetmə güləşçisi Ruzanna Məmmədova İtaliyanın paytaxtı Romada keçirilən U-17 dünya çempionatının qızıl medalını qazanıb.

Fanat.Az xəbər verir ki, 49 kq çəki dərəcəsində yer alan idmançı həlledici dueldə yaponiyalı Mihoko Takeuçi ilə üz-üzə gəlib. Qarşılaşmanı 5:3 hesabı ilə qalib başa vuran Ruzanna mundialın baş mükafatına sahib çıxıb.

Bu, Azərbaycan güləşçilərinin dünya birinciliyində ilk qızıl medalı olub.

Daha əvvəl isə Elvina Kərimzadə (43 kq) üçüncü yer uğrunda görüşdə qazaxıstanlı rəqibini məğlub edərək bürünc mükafat qazanıb.

Qeyd edək ki, ilk üç gündə mübarizə aparan yunan-Roma güləşçilərimiz yarışı 3 gümüş, 4 bürünc medalla başa vurub. Ümumilikdə 130 xal toplayan yığma komanda hesabında dünya ikincisi olub. Dünya birinciliyinə iyulun 31-də yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər