DÇ-nin gümüş medalşısı qətlə yetirildi - TƏFƏRRÜAT

DÇ-nin gümüş medalşısı qətlə yetirildi - TƏFƏRRÜAT

Baham adalarından olan atlet Şaves Hart qətlə yetirilib.

Fanat.Az-ın məlumatına görə, hadisə Şimali Abako adasında gecə klubunun parklama sahəsində baş verib. Gecə vaxtı küçə münaqişəsi nəticəsində dava iştirakçılarından biri idmançının sinəsinə tapança atəş açıb.

DÇ-nin gümüş medalşısı qətlə yetirildi - TƏFƏRRÜAT

Hadisə yerinə gələn həkimlər onun güllə yarasından öldüyünü bildiriblər. Qətlə şübhəli bilinən şəxs saxlanılıb.

Qeyd edək ki, Şaves Hart 2016-cı ildə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında sprinter məsafəsinə qaçış üzrə iştirakçısı və dünya çempionatında 4X400 metr məsafəyə estafetdə gümüş mükafatçı olub. Sentyabrın 6-da onun 30 yaşı tamamlanacaqdı.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər