Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin cütləri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, komandalar rəqiblərini qrup mərhələsinin 3-cü turunun oyunlarından sonra tanıyıblar.
Sabah keçiriləcək 1/8 finalda Azərbaycan son dünya çempionu Rumıniya ilə qarşılaşacaq.
Dünya çempionatı 1/8 final
İngiltərə – Bolqarıstan Portuqaliya – Macarıstan Azərbaycan – Rumıniya Fransa – Mavritaniya Monteneqro – Polşa Bosniya və Herseqovina – Tailand Çexiya – İsrail Serbiya – Gürcüstan
Mundiala iyunun 1-də yekun vurulacaq.