Üç şahmatçımız Daşkənd turnirinə qələbə ilə başladı

Üç şahmatçımız Daşkənd turnirinə qələbə ilə başladı

Azərbaycanın üç şahmatçısı Daşkənddə keçirilən Aqzamov memorialına qələbə ilə başlayıblar.

Fanat.Az xəbər verir ki, 15-ci dəfə keçirilən yarışın A turnirində mübarizə aparan təmsilçilərimizdən Misrətdin İsgəndərov, Məhəmməd Muradlı və Vüqar Manafov ilk turda rəqiblərini üstələyərək aktivlərinə 1 xal yazdırıblar.

Şahin Vəliyev və Vüqar Əsədli isə qarşılaşmalarını məğlubiyyətlə tamamlayıblar.

Qeyd edək ki, 10 turdan ibarət olan yarış İsveçrə sistemi üzrə keçirilir. Mayın 11-dək davam edəcək turnirdə 66 şahmatçı iştirak edir ki, onlardan 16-sı qrosmeysterdir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər