"Bazel"də ayrılıq

"Bazel"də ayrılıq

İsveçrənin "Bazel" klubu futbolçusunu icarəyə verib.

Fanat.Az xəbər verir ki, "Qrasshoper" "Qarabağ"ın Konfrans Liqasının qrupundakı rəqibinin 20 yaşlı hücumçu Kali Seneni icarəyə götürüb. İki klub 2022-ci ilin yayına qədər müddətə müqavilə bağlayıb. Anlaşmaya görə, "Qrasshoper"in gələn ilin yayında seneqallı futbolçunu satınalma hüququ var.

Kali Sene 2020-ci ilin yayında İtaliya "Yuventus"undan transfer edilib. Dərhal da altı aylıq "Omoniya Lefkoşa"ya icarəyə verilib. Gənc hücumçu 2021-ci ilin yanvarında "Bazel"ə qayıdıb və mövsümün sonuna qədər əsas komandada on dəfə meydana çıxıb (bir qol, iki asist).

Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasının qrupunda ilk oyununu sentyabrın 16-da Bakıda məhz "Bazel"ə qarşı keçirəcək.

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər