Azərbaycanlı qrossmeyster Bavariya açıq çempionatında 2-ci oldu

Azərbaycanlı qrossmeyster Bavariya açıq çempionatında 2-ci oldu

Azərbaycan şahmatçısı Eltac Səfərli 25-ci Bavariya açıq çempionatında ikinci yeri tutub.

Fanat.Az xəbər verir ki, 30 yaşlı qrossmeyster son turda yunanıstanlı Stellios Kalkiosla heç-heçə oynayaraq xalını 7-yə çatdırıb.

Daha 13 iştirakçı turniri eyni nəticə ilə başa vurub. Əlavə göstəricilərə görə, Eltac Anton Korobov (Ukrayna), Vahap Sanal (Türkiyə), Narayan Qopal (Hindistan), Liviu-Diter Nisipyanu (Almaniya) və digərlərlərini qabaqlayaraq ikinci olub.

 Qalib isə almaniyalı Yan-Kristian Şröder olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər