Azərbaycanın 15 şahmatçısı Avropa çempionatında mübarizəyə başlayır

Azərbaycanın 15 şahmatçısı Avropa çempionatında mübarizəyə başlayır

Bu gün Sloveniyanın Brejitse şəhəri yaxınlığındakı Terme Çatej kurort mərkəzində şahmat üzrə Avropa çempionatına start veriləcək.

Fanat.Az xəbər verir ki, yarışda Azərbaycanı 15 zəka sahibi təmsil edəcək. Bunlar Qədir Hüseynov, Nicat Abasov, Vasif Durarbəyli, Eltac Səfərli, Vüqar Əsədli, Misrətdin İsgəndərov, Məhəmməd Muradlı, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Abdulla Qədimbəyli, Murad İbrahimli, Gövhər Beydullayeva, Toğrul Həsənzadə və Şahin Vəliyevdir.

Qeyd edək ki, qitə çempionatına ümumilikdə 317 şahmatçı qatılıb. İsveçrə sistemi üzrə 11 turdan ibarət turnir aprelin 6-dək davam edəcək. Ümumi mükafat fondu 100 min avrodur.

Avropa çempionatı I tur Qədir Hüseynov - Karolis Yoksta (Litva) Nicat Abasov - Teodor Kenneskoq (İsveç) Vasif Durarbəyli - Yoav Milikov (İsrail) Ori Taçman (İsrail) - Eltac Səfərli Yovana Erik (Serbiya) - Vüqar Əsədli Məhəmməd Muradlı - Nareks Matiç (Sloveniya) Boqdan Bilovil (Ukrayna) - Misrətdin İsgəndərov Neys Xereqa (Sloveniya) - Aydın Süleymanlı Əhməd Əhmədzadə - Tamaş Tanşa (Macarıstan) Fatmir Qori (Kosovo) - Abdulla Qədimbəyli Riad Səmədov - Xayme Santos (İspaniya) Gövhər Beydullayeva - İvan İvanişeviç (Serbiya) Toğrul Həsənzadə - Vladimir Baklan (Ukrayna) Şahin Vəliyev - Murad İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər