Azərbaycan yığmasının MDB Oyunları üçün yekun heyəti bəlli oldu

Azərbaycan yığmasının MDB Oyunları üçün yekun heyəti bəlli oldu

Çimərlik futbolu üzrə Azərbaycan millisinin Belarusun paytaxtı Minskdə təşkil olunacaq 2-ci MDB oyunları üçün yekun heyəti açıqlanıb.

Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, heyətə 11 oyunçunun adı daxil edilib.

Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov Oyunçular: Amid Nəzərov, Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, Fuad Hüseynov, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov

Yığmamız A qrupunda Belarus, İran və Birləşmiş Ərəb Əmirlikləri komandaları ilə qarşılaşacaq.

Azərbaycan millisinin oyunlarının təqvimi

5 avqust 20:00. Azərbaycan - İran

6 avqust 18:00. Belarus - Azərbaycan

7 avqust 16:30. Azərbaycan – Birləşmiş Ərəb Əmirlikləri

MDB Oyunları avqustun 4-dən 14-dək Belarusun 11 şəhərində gerçəkləşəcək. İdmançılar 20 növdə mübarizə aparacaqlar. Birinci MDB Oyunları 2021-ci ildə Rusiyanın Kazan şəhərində keçirilib. Azərbaycan 2025-ci ildəki üçüncü MDB Oyunlarına ev sahibliyi edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər