Azərbaycan yığmasının DÇ-nin qrup mərhələsində rəqibləri məlum oldu

Azərbaycan yığmasının DÇ-nin qrup mərhələsində rəqibləri məlum oldu

Şahmat üzrə kişilərdən ibarət Azərbaycan yığmasının noyabrın 20-də İsrailin Qüds şəhərində start götürəcək dünya çempionatında qrupdakı rəqibləri məlum olub.

Fanat.Az xəbər verir ki, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlinin yer aldığı komanda Hindistan, İsrail, Polşa, ABŞ və Özbəkistanla B qrupunda mübarizə aparacaq.

A qrupunda isə Çin, Fransa, Niderland, Cənubi Afrika Respublikası, İspaniya və Ukrayna yer alıb.

Hər qrupdan dörd komanda pley-offa yüksələcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər