Azərbaycan yığmasının Avropa çempionatı üçün heyəti

Azərbaycan yığmasının Avropa çempionatı üçün heyəti

Yunan-Roma güləşi üzrə böyüklərdən ibarət Azərbaycan yığmasının Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa çempionatı üçün ilkin heyəti məlum olub.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, millimiz yarışda tam heyətlə təmsil olunacaq. Aleksandr Tarakanovun rəhbərlik etdiyi məşqçilər korpusu çempionatda Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Murad Lokyayev (97 kq) və Beka Kandelakiyə (130 kq) şans verməyi planlaşdırır.

Qeyd edək ki, AÇ 28 mart - 3 aprel tarixlərində baş tutacaq.

Sahib

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər