Azərbaycan yığması İrana yenə uduzdu

Azərbaycan yığması İrana yenə uduzdu

İranın Yazd şəhərində təlim-məşq toplanışını davam etdirən çimərlik futbolu üzrə Azərbaycan milli komandası hazırlıq çərçivəsində İran yığması ilə növbəti yoxlama oyununu keçirib. 

Fanat.Az xəbər verir ki, qarşılaşma rəqib komandanın 5:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimizin qollarını Amid Nəzərov, Ramil Əliyev və Tural Qürbətov vurub.

Komandamız bu rəqiblə ötən gün baş tutan ilk oyundan da 2:3 hesablı məğlubiyyətlə ayrılmışdı.

Bu komandalar arasında son oyun avqustun 25-də olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər