Azərbaycan millisi Çexiyaya uduzdu

Azərbaycan millisi Çexiyaya uduzdu

Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan dünya çempionatının qrup mərhələsində son matçına çıxıb.

Fanat.Az xəbər verir ki, Çexiya ilə qarşılaşan Rəcəb Fərəczadənin rəhbərlik etdiyi kollektiv 0:2 hesabı ilə uduzub.

Qrupda üçüncü yeri tutaraq 1/4 finala yüksələn yığmamız İngiltərəyə rəqib olub. Sözügedən qarşılaşma bu gün, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsində keçirdiyi ilk oyunda Serbiyaya 1:5 hesabı ilə uduzub, ikinci görüşdə isə Hindistan yığmasından üstün olub - 16:0.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər