Azərbaycan inamlı qələbə ilə 1/4-də!

Azərbaycan inamlı qələbə ilə 1/4-də!

Mini-futbol üzrə Azərbaycan millisi Avropa çempionatının final mərhələsində bu gün növbəti oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, Slovakiyanın Koşitse şəhərində təşkil olunan qitə birinciliyində qrupda 2-ci yeri tutaraq pley-offa vəsiqə qazanan futbolçularımız 1/8-də İsraillə qarşılaşıb.

Elşad Quliyevin başçılıq etdiyi milli rəqibini 3:0 hesabı ilə məğlub edərək 1/4 finala adlayıb. Yığmanın heyətində Mirmehdi Rzayev, Elvin Əlizadə və qapıçı Davud Kərimi fərqləniblər.  Millinin növbəti mərhələdəki rəqibi Slovakiya - Gürcüstan cütünün qalibi olacaq. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər