Naxçıvanda Yeniyetmələrin Şahmat Olimpiadası davam edir.
Fanat.Az xəbər verir ki, yarışda bu gün yeddinci turun görüşləri keçirilib.
Azərbaycan komandaları aşağıdakı rəqiblərlə qarşılaşıb.
VII tur
Azərbaycan-1 - Qazaxıstan - 1,5:2,5 Azərbaycan-4 - Gürcüstan-1 - 2:2 Meksika - Azərbaycan-2 - 2:2 Honkonq - Azərbaycan-Naxçıvan 2:2 CAR-2 - Azərbaycan-Sumqayıt 3:1 Gürcüstan-2 - Azərbaycan-3 0:4
Bu nəticələrdən sonra Azərbaycan-1 9 xalla turnir cədvəlinin doqquzuncu pilləsində qərarlaşıb. Azərbaycan-4 8 xalla 12-cidir. İlk üç sırada Türkiyə (14 xal), Özbəkistan-1 (11 xal) və Qazaxıstan (10 xal) yer alıblar.
Qeyd edək ki, 9 turdan ibarət yarışa oktyabrın 10-da yekun vurulacaq.