Avropa çempionatında iştirak üçün 20 şahmatçımız qeydiyyatdan keçib

Avropa çempionatında iştirak üçün 20 şahmatçımız qeydiyyatdan keçib
Mayın 16-dan 31-dək Avropa Şahmat İttifaqının təşkilatçılığı ilə onlayn Avropa çempionatı keçiriləcək.
Fanat.Az xəbər verir ki, qitə çempionatında iştirak etmək üçün indiyədək Azərbaycanın 20 şahmatçısı qeydiyyatdan keçib. Onların sırasında tanınmış şahmatçılarımız Aydın Süleymanlı, Abdulla Qədimbəyli, Ülviyyə Fətəliyeva, Xəyalə Abdulla və başqaları yer alıb.
Yarışda iştirak etmək istəyən şahmatçıların fərdi qaydada qeydiyyatı davam edir.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər