Avropa çempionatına 4 gimnastla

Avropa çempionatına 4 gimnastla

Sabah İtaliyanın Pezaro şəhərində akrobatika üzrə aşağı yaş qrupları arasında Avropa çempionatına start veriləcək.

Fanat.Az xəbər verir ki, 12-19 yaşlı gimnastlar arasında Azərbaycanın 4 təmsilçisi mübarizə aparacaq. Qarışıq cütlərin yarışında Milana Əliyeva ilə Nizam Xamidulin və Samirə Rüstəmova ilə Rauf Cabbarov məharətlərini nümayiş etdirəcək.

Qeyd edək ki, sentyabrın 26-dək davam edəcək qitə birinciliyində 28 ölkədən 456 gimnast mübarizə aparacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər