Avropa çempionatı: 10 şahmatçımız qələbə ilə başladı

Avropa çempionatı: 10 şahmatçımız qələbə ilə başladı

Serbiyada şahmat üzrə Avropa çempionatı start götürüb.

Fanat.Az xəbər verir ki, yarışda Azərbaycanın 19 şahmatçısı iştirak edir. 

İlk turda təmsilçilərimizdən 10-u görüşünü qələbə ilə başa vurub. Altı şahmatçımız rəqibləri ilə heç-heçə edib, digər ikisi məğlubiyyətlə üzləşib.

Qeyd edək ki, yarış İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq. 

Avropa çempionatı, I tur

Predraq Bodiroqa (Serbiya) - Nicat Abasov 0:1

Eltac Səfərli - Nikolay Averin (FIDE) 1:0

Aydın Süleymanlı - Vladislav Qarski (Ukrayna) 1:0

Radoe İrizanin (Serbiya) - Misrətdin İskəndərov 0:1

Vüqar Əsədli - Daniel Kristoferix (Avstriya) 1:0

Məhəmməd Muradlı - Tiyana Blaqoyeviç (Serbiya) 0,5:0,5

Xaqan Əhməd - Namiq Quliyev 0:1

Manfred Qlenke (Almaniya) - Vüqar Rəsulov 0,5:0,5

Kamal Bəşirov (Ukrayna) - Abdulla Qədimbəyli 0,5:0,5

Qabriel Voiteanu (Rumıniya) - Əhməd Əhmədzadə 0:1

Ülvi Sadıxov - Frederika Nilsen (Danimarka) 1:0

Lyubişa Laziç (Serbiya) - Xəzər Babazadə 0:1

Vladislav Efremov (FIDE) - Riad Səmədov 0,5:0,5

Ülviyyə Fətəliyeva - Nikolay Trequbenko (FIDE) 1:0

Andrey Yesipenko (FIDE) - Vüqar Manafov 0,5:0,5

Nail Bəşirli - Yevgeni Nayer (FIDE) 0:1

Kirill Şevçenko (Rumıniya) - Elmar Atakişiyev 1:0

Şahin Vəliyev - Stelios Halkias (Yunanıstan) 0,5:0,5

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər