Avropa çempionatı: Azərbaycan İtaliya və Türkiyəyə qarşı

Avropa çempionatı: Azərbaycan İtaliya və Türkiyəyə qarşı

Bu gün Sloveniyanın Çatej şəhərində kişi və qadın şahmat yığmaları arasında Avropa çempionatı start götürəcək.

Fanat.Az xəbər verir ki, yarışda kişilərdən ibarət Azərbaycan millisinin heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov və Nicat Abasov, qadınlarda isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva çıxış edəcək.

Kapitanlar müvafiq olaraq Eltac Səfərli və Fikrət Sideifzadə olacaq.

Kişilərdən ibarət komanda ilk turda İtaliya ilə, qadınlar isə Türkiyə ilə üz-üzə gələcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. 

Kişilərdə 39, qadınlarda 31 yığma mübarizə aparacaq. İsveçrə sistemi üzrə 9 turdan ibarət çempionata noyabrın 21-də yekun vurulacaq.

Qeyd edək ki, kişilərdən ibarət Azərbaycan millisi Avropa çempionatının üçqat qalibidir  (2009, 2013, 2017). Qadın komandamız isə 2 dəfə yarışın bürünc mükafatına sahib çıxıb (1992, 2019).

Sahib

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər