Almaniyada medal qazanan atletimizdən anlamlı jest - FOTO

Almaniyada medal qazanan atletimizdən anlamlı jest - FOTO

Azərbaycan atleti Nazim Babayev Almaniyanın Karlsrue şəhərində keçirilən "World Indoor Tour" (Gold Level) turnirində gümüş medal qazanıb.

Fanat.Az xəbər verir ki, üç təkanla tullanma növündə mübarizə aparan 24 yaşlı idmançı 16,76 metr nəticə göstərib.

Fəxri kürsünün ikinci pilləsinə qalxan Babayev nəticəsini anlamlı jestlə qeyd edib. O, Vətən müharibəsində şəhid olmuş hərbçilərin sayını, həmçinin Milli Qəhrəmanlar Mübariz İbrahimovla Polad Həşimovun adlarının yazıldığı kağızı əlində tutaraq medalını onlara həsr etdiyini göstərib.

Turnirdə birinci yeri yunanıstanlı Andreas Pantazis (16,79 m) tutub. Almaniyalı Maks Hess isə 16,71 metr göstərici ilə 3-cü olub.

Almaniyada medal qazanan atletimizdən anlamlı jest - FOTO

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər