Çağlar Söyüncü Mahir Emreliyə nə dedi? - FOTO

Çağlar Söyüncü Mahir Emreliyə nə dedi? - FOTO

Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi “Legiya” Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Lester” 1:0 hesabı ilə qalib gəlib.

Fanat.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, matçın final fitindən sonra maraqlı anlar yaşanıb.

“Lester”in türkiyəli futbolçusu Çağlar Söyüncü və Mahir Emreli qucaqlaşıblar. Onlar söhbətləşib və formalarını dəyişiblər.

Çağlar Söyüncü Mahir Emreliyə nə dedi? - FOTO

Emreli sayta açıqlamasında oyundan öncə Söyüncü ilə nə danışdıqlarını da açıqlayıb: “Çağlarla matçdan öncə də danışdıq. Mənə uğurlar arzuladı və İngiltərə ilə bağlı nə lazım olsa, kömək edəcəyini dedi”. 

Qeyd edək ki, “Legiya”nın yeganə qolunu Mahir Emreli vurub.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər