AL: Toralın qolu turun "ən yaxşı qol"u adına namizəddir - VİDEO

AL: Toralın qolu turun "ən yaxşı qol"u adına namizəddir - VİDEO

"Qarabağ"ın yarımmüdafiəçisi Toral Bayramovun Norveçin "Budyo Qlimt" komandasının qapısından keçirdiyi qol turun "ən gözəl qolu" adına namizəddir.

Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı Toralın qolunu UEFA Avropa Liqasının son turunda vurulan digər üç qolla birlikdə səsverməyə çıxarıb.

Toral Bayramovla yanaşı, "Tottenhem"lə görüşdə fərqlənən "Qalatasaray"ın futbolçusu Yunus Akgünün, "Slaviya"nın qapısına yol tapan "Ayntraxt"ın üzvü Omar Marmouşun, İspaniya "Atletik"ini məyus edən Bolqarıstanın "Ludoqorets" komandasının üzvü Erik Markusun qolları da namizəddir.

AL: Toralın qolu turun "ən yaxşı qol"u adına namizəddir - VİDEO Azarkeşlər bu qollardan birini seçərək "turun ən gözəl qolu"nu müəyyənləşdirə bilərlər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər