AÇ: Rusiya və Ukraynaya qarşı heyətimiz açıqlandı

AÇ: Rusiya və Ukraynaya qarşı heyətimiz açıqlandı

Sloveniyanın Çatej şəhərində keçirilən şahmat üzrə Avropa çempionatında iştirak edən Azərbaycan yığmalarının bu gün baş tutacaq beşinci tur üçün heyətləri açıqlanıb.

Fanat.Az xəbər verir ki, 7 xalla yarış cədvəlinə başçılıq edən kişilərdən ibarət millimiz yalnız əlavə göstəricilərə görə üstələdiyi Rusiya kollektivi ilə üz-üzə gələcək.

Qadın seçməmiz isə Ukrayna ilə münasibətləri aydınlaşdıracaq. 

Hər iki komanda 6 xal toplayıb. Yığmamız 4-cü, ukraynalılar 6-cı sıradadır.

Avropa çempionatı, V tur

Kişilər

Azərbaycan - Rusiya

Şəhriyar Məmmədyarov - Aleksandr Qrişuk Teymur Rəcəbov - Daniil Dubov Rauf Məmmədov - Kirill Alekseyenko Qədir Hüseynov - Andrey Yesipenko

Məmmədyarov və Məmmədov ağ, Rəcəbovla Hüseynov qara fiqurlarla oynayacaq.

Qadınlar

Azərbaycan - Ukrayna

Günay Məmmədzadə - Anna Uşenina Gülnar Məmmədova - Yuliya Osmak Xanım Balacayeva - Nataliya Buksa Gövhər Beydullayeva - Nataliya Jukova

Məmmədzadə və Balacayeva ağ, Məmmədova ilə Beydullayeva qara fiqurlarla mübarizə aparacaq.

Turun bütün qarşılaşmaları Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, İsveçrə sistemi üzrə 9 turdan ibarət Avropa çempionatına noyabrın 21-də yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər