AÇ: Niderland və Rusiyaya qarşı heyətimiz açıqlandı

AÇ: Niderland və Rusiyaya qarşı heyətimiz açıqlandı

Sloveniyanın Çatej şəhərində şahmat üzrə Avropa çempionatında iştirak edən kişi və qadınlardan ibarət Azərbaycan yığmalarının yeddinci tur üçün heyətləri məlum olub.

Fanat.Az xəbər verir ki, 6 turdan 9 xal toplayan və liderdən bir xal geri qalaraq ikinci sırada qərarlaşan kişilərdən ibarət Azərbaycan millisi yalnız əlavə göstəricilərə görə üstələdiyi Niderlandla üz-üzə gələcək. 

Eyni xalla üçüncü sırada yer alan qadın seçməmiz isə maksimum nəticə ilə yarış cədvəlinə başçılıq edən Rusiya kollektivi ilə münasibətlərinə aydınlıq gətirəcək.

Avropa çempionatı, VII tur

Kişilər

Niderland - Azərbaycan

Aniş Giri - Şəhriyar Məmmədyarov Yorden Van Forest - Teymur Rəcəbov Maks Varmerdam - Qədir Hüseynov Erik Van Der Doel - Nicat Abbasov

Rəcəbov və Abbasov ağ, Məmmədyarovla Hüseynov qara fiqurlarla oynayacaq.

Qadınlar

Azərbaycan - Rusiya

Günay Məmmədzadə - Aleksandra Qoryaçkina Xanım Balacayeva - Katerina Laqno Ülviyyə Fətəliyeva - Valentina Qunina Gövhər Beydullayeva - Polina Şuvalova

Məmmədzadə və Fətəliyeva ağ, Balacayeva ilə Beydullayeva qara fiqurlarla mübarizə aparacaq.

Turun bütün qarşılaşmaları Bakı vaxtı ilə 18:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər