AÇ: Ermənistan və İtaliyaya qarşı heyətimiz açıqlandı

AÇ: Ermənistan və İtaliyaya qarşı heyətimiz açıqlandı

Sloveniyanın Çatej şəhərində şahmat üzrə Avropa çempionatında iştirak edən kişi və qadınlardan ibarət Azərbaycan yığma komandalarının altıncı tur üçün heyətləri məlum olub.

Fanat.Az xəbər verir ki, kişilərdən ibarət millimiz Ermənistanla üz-üzə gələcək. Qadınlar isə İtaliya ilə münasibətləri aydınlaşdıracaq.

Turun bütün görüşləri Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Beş turdan sonra hesabında 8 xal olan kişi seçməmiz lider Rusiyadan yalnız əlavə göstəricilərə görə geri qalaraq 39 kollektiv arasında ikinci pillədə qərarlaşıb. Ukrayna, Macarıstan, Ermənistan və Niderland komandaları da eyni sayda xala malikdir.

Qadın kollektivimiz isə 7 xalla beşincidir. Maksimum sayda - 10 xal toplayan Rusiya birinci, Gürcüstan və Yunanıstan 8 xalla iki-üçüncü sıradadırlar.  Qadınların yarışında 31 komanda mübarizə aparır.

Qeyd edək ki, İsveçrə sistemi üzrə 9 turdan ibarət Avropa çempionatına noyabrın 21-də yekun vurulacaq.

Avropa çempionatı, VI tur

Kişilər

Azərbaycan - Ermənistan

Şəhriyar Məmmədyarov - Qabriel Sarkisyan Teymur Rəcəbov - Hayk Martirosyan Rauf Məmmədov - Robert Hovannisyan Nicat Abbasov - Samvel Ter-Sahakyan

Məmmədyarov və Məmmədov ağ, Rəcəbovla Abbasov qara fiqurlarla oynayacaq.

Qadınlar

İtaliya - Azərbaycan

Marina Brunello - Günay Məmmədzadə Olqa Zimina - Gülnar Məmmədova Tea Queçi - Xanım Balacayeva Daniela Movilyanu - Ülviyyə Fətəliyeva

Məmmədova ilə Fətəliyeva ağ, Məmmədzadə və Balacayeva qara fiqurlarla mübarizə aparacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər