Bu gün minifutbol üzrə Avropa çempionatı start götürür.
Fanat.Az xəbər verir ki, Slovakiyanın paytaxtı Bratislavada baş tutacaq və 24 komandanın mübarizə aparacağı yarışın ilk günündə 9 oyun keçiriləcək.
C qrupunda yer alan Türkiyə Serbiya ilə münasibətlərə aydınlıq gətirəcək.
Xatırladaq ki, Azərbaycan millisi qitə birinciliyində ilk oyununu mayın 28-də Avstriyaya qarşı keçirəcək. "Tipos Arena"dakı matç Bakı vaxtı ilə saat 16:30-da start götürəcək. Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupunda həmçinin, İtaliya və Fransa ilə də münasibətlərə aydınlıq gətirəcək. Sabah həmçinin Ukrayna - Belçika və Fransa - İtaliya görüşləri də baş tutacaq və bununla ilk tura yekun vurulacaq.
AÇ-2026 27 may
12:30. Macarıstan – Polşa 13:45. Gürcüstan – İngiltərə 15:00. Çexiya - Portuqaliya 16:15. Qazaxıstan - Sloveniya 17:45. Rumıniya - İspaniya 19:30. Bolqarıstan - İsrail 20:45. Serbiya – Türkiyə 22:40. Slovakiya – Yunanıstan 23:55. Monteneqro – Bosniya və Herseqovina