Avropa çempionatına yollanacaq gimnastlarımız

Avropa çempionatına yollanacaq gimnastlarımız
Bədii gimnastika üzrə Azərbaycan millisinin Bolqarıstanın Varna şəhərindəki Avropa çempionatı üçün heyəti açıqlanıb.
Fanat.Az Azərbaycan Gimnastika Federasiyasının (AGF) Mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda ölkəni 7 idmançı təmsil edəcək.
Fərdi proqramda Zöhrə Ağamirova və Arzu Cəlilova çıxış edəcək. Qrup hərəkətləri komandasının tərkibində isə Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Nərminə Səmədova və Yelizaveta Luzan yer alıblar.
Qeyd edək ki, Avropa çempionatı 9 - 13 iyunda təşkil olunacaq.
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər