Mbappe Madridə qayıdır

Mbappe Madridə qayıdır

“Real Madrid”in və Fransa millisinin hücumçusu Kilian Mbappe zədələnib. Fanat.Az xəbər verir ki, informasiyanı "Reuters" yayıb. Mənbənin məlumatına görə, Fransa millisinin UEFA Millətlər Liqasının qrup mərhələsində Türkiyə ilə keçirdiyi oyunda Mbappe komandasının 1:0 hesablı qələbəsini təmin edən qola imza atıb. Lakin görüşün ikinci hissəsində dizindən zədə alan futbolçu oyunu davam etdirə bilməyib və 59-cu dəqiqədə əvəzlənib. Mbappenin dizində vətər zədəsi aşkarlanıb və futbolçu müalicə üçün Madridə qayıdacaq. Onun əlavə tibbi müayinədən keçəcəyi bildirilib. Fransa millisinin baş məşqçisi Zinəddin Zidan da Kilianın zədəsinin yaxşı görünmədiyini deyib. O, futbolçunu riskə atmaq istəmədiklərini bildirib. Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər