Zlatko Daliç Messini necə saxlamaq istəyir? - Özü dedi

Zlatko Daliç Messini necə saxlamaq istəyir? - Özü dedi

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç DÇ-2022-nin yarımfinalında üz-üzəgələcəkləri Argentina yığmasına və onun lideri Lionel Messiyə qarşı necə oynayacaqlarını açıqlayıb.

Fanat.Az xəbər verir ki, o, FİFA-nın rəsmi saytına danışıb:

"Argentinanın oyununu ətraflışəkildə təhlil edəcəyik. Təbii, biz rəqibin lideri Messinin qarşısını almalıyıq. Ancaq ona qarşı kimisə fərdi oynatmaq planım yoxdur. Messinin nə qədər çox hərəkət etdiyini, topla necə davrandığını yaxşı bilirik. Bizim üçün daha vacib olan intizamlı futbol sərgiləməkdir. Braziliya ilə matçdakı çıxşımızı təkrarlasaq, nədənsə qorxmağa dəyməz. Şübhəsiz, Argentinanın heyətində Messidən başqa da bir neçə gənc, təhlükəli futbolçular var". 

Qeyd edək ki, Argentina - Xorvatiya oyunu dekabrın 13-də keçiriləcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər