Zidan PSJ ilə bağlı sualı cavablandırdı: "Heç vaxt "heç vaxt" demə"

Zidan PSJ ilə bağlı sualı cavablandırdı: "Heç vaxt "heç vaxt" demə"

Zinəddin Zidan gələcəkdə PSJ-də çalışmaq ehtimalını dəyərləndirib.

Fanat.Az xəbər verir ki, "L'Equipe" nəşri 50 yaşlı fransalı mütəxəssisin dediklərini belə çatdırıb:

"Heç vaxt "heç vaxt" demə. Baş məşqçi kimi 50 kluba gedə bilmirəm. Hazırda planlarım və məqsədim başqadır".

Xatırladaq ki, Zinəddin Zidan 2021-ci ilin yayından "Real Madrid"dən ayrıldıqdan sonra klubsuzdur. 

Daha əvvəl PSJ-nin prezidenti Nasser Al-Xelaifi Zidanla danışıqlar aparmadığını bildirmişdi. Lakin Zizu təklifi geri çevirib. Bildirilir ki, o,  Fransa yığma komandasının baş məqşçisi postuna keçmək niyyətindədir. Buna görə də Zidan DÇ-2022-nin başa çatmasını gözləyəcək.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər