Özbək yarımmüdafiəçi DÇ-də maraqlı rekord reallaşdırdı

Özbək yarımmüdafiəçi DÇ-də maraqlı rekord reallaşdırdı

Futbol üzrə dünya çempionatının qrup mərhələsinin 1-ci turunda Kolumbiyaya 1:3 hesabı ilə uduzan Özbəkistan millisinin yarımmüdafiəçisi Abbosbek Fayzullayev maraqlı rekorda imza atıb.

Fanat.Az "Opta Sports"a istinadən xəbər verir ki, komandasının yeganə qoluna imza atan Abbisbek XXI əsrdə dünya çempionatlarında başla qol vurmağı bacaran ən bəstəboy futbolçu ünvanına sahib çıxıb.

Sözügedən oyunçunun boyu 167 santimetrdir. 

ABŞ, Kanada və Meksikada keçirilən DÇ-2026 iyunun 11-də başlayıb. Turnir iyulun 19-da başa çatacaq. Son dünya çempionu Argentina yığmasıdır.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər