"Zaqreb Open": Daha 3 güləşçimiz mübarizəyə qoşulur

"Zaqreb Open": Daha 3 güləşçimiz mübarizəyə qoşulur

Bu gün Azərbaycanın daha üç güləşçisi Xorvatiyada keçirilən “Zaqreb Open” turnirində mübarizəyə başlayacaq.

Fanat.Az xəbər verir ki, yunan-Roma güləşçilərindən Murad Məmmədov (63 kq) və Həsrət Cəfərov (67 kq), qadınlardan isə Jalə Əliyeva (57 kq) nəyə qadir olduğunu göstərməyə çalışacaq.

Qeyd edək ki, daha əvvəl bu növdə Sənan Süleymanov (77 kq) qızıl medal əldə edib.

Sərbəst güləşçilərdən Əliabbas Rzazadə, Nürəddin Novruzov (hər ikisi 61 kq) və Cəbrayıl Qadjiyev (74 kq), həmçinin, Alyona Kolesnik (59 kq) də bürünc mükafata sahib çıxıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər