Bu gün Azərbaycan Futzal Federasiyasının iclası keçirilib.
Fanat.Az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda yeni mövsümə hazırlıq, Yüksək və Birinci liqalarda iştirak edəcək komandaların siyahısı müzakirə olunub.
Yüksək Liqada 6, Birinci Liqada 10 komanda yarışacaq. Yüksək Liqada mübarizə 4 dövrədən və 20 turdan ibarət olacaq. Birinci Liqada isə komandalar 1 dövrə ərzində üz-üzə gələcəklər. Daha sonra ilk 4 pilləni tutan kollektivlər pley-off mərhələsində gücünü sınayacaq.
Qeyd edək ki, Yüksək Liqada mövsümə sentyabrın 18-də start veriləcək.
Yüksək Liqa 2025-2026-cı illər mövsümünün iştirakçıları
Araz-Naxçıvan Neftçi İK Baku Fire Şuşa MFK U-19 Lənkəran
Birinci Liqa 2025-2026-cı illər mövsümünün iştirakçıları
PFL Baku Fire-2 Xan-Lənkəran-2 Star Kargo Timsport Atletiko Baku Trabzon - Azərbaycan Ulduz Dəstə Ordubad Yeni Suraxanı