Yüksək Liqa: İddialılar sürprizə imkan vermədilər

Yüksək Liqa: İddialılar sürprizə imkan vermədilər

Futzal üzrə Yüksək Liqada VIII turun oyunları keçirilib Futzal üzrə Azərbaycan Yüksək Liqasında VIII turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, günün ilk matçında "Araz-Naxçıvan" "Şuşa" ilə üz-üzə gəlib.

Qarşılaşma birincilərin qələbəsi ilə yekunlaşıb - 4:0.

İkinci görüşdə "Neftçi" İK "Yasamal Bakı"nı 18:1 hesabı ilə üstələyib.

Sonuncu oyunda isə "Baku Fire" U-19-a şans verməyib - 9:1.

Qeyd edək ki, görüşlərdən əvvəl Bakı-Qroznı reysini yerinə yetirən Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar bir dəqiqəlik sükut elan olunub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər