Bu gün futzal üzrə Yüksək Liqada 8-ci turun oyunları keçiriləcək.
Fanat.Az xəbər verir ki, "Olimpik Star"da baş tutacaq görüşlərdən əvvəl Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar oyunlardan əvvəl 1 dəqiqəlik sükut elan olunacaq.
Yüksək Liqa 8-ci tur 26 dekabr
Saat 14:00. “Araz-Naxçıvan” – “Şuşa” Hakimlər: Hikmət Qafarlı, Hidayət Feyzullayev, Kənan Məlikov Hakim-inspektor: Füzuli Nəcəfov Olimpik Star Saat 16:00. “Neftçi” İK – “Yasamal Bakı” Hakimlər: Əli Cəbrayılov, İmran Məhərrəmov, Hacıəli Ağayev Hakim-inspektor: Elçin Səmədli Olimpik Star
Saat 18:00. “Baku Fire” – U-19 Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Anar Fərəcov Hakim-inspektor: Ramiz Əsədov Olimpik Star.