Yüksək Liqa: Dördüncü dövrə mərkəzi oyunla start götürür

Yüksək Liqa: Dördüncü dövrə mərkəzi oyunla start götürür

Bu gün futzal üzrə Yüksək Liqada IV dövrə start götürəck. 

Fanat.Az xəbər verir ki, "Olimpik Start"da baş tutacaq XVI turun açılış matçında lider “Araz-Naxçıvan”la zirvəni ötən tur naxçıvanlılara təhvil verən “Baku Fire” görüşəcək. 

Saat 14:00-da başlayacaq qarşılaşmanı FİFA referiləri idarə edəcək.

Günün ikinci oyununda "Neftçi" İK "Şuşa"Nı sınağa çəkəcək. Bağlanış matçında isə "Yasamal Baku" ilə U-19 münasibətlərinə aydınlıq gətirəcəklər.

Yüksək Liqa XVI tur

Araz-Naxçıvan – Baku Fire Hakimlər: Knyaz Əmiraslanov, Əli Cəbrayılov, Anar Fərəcov Hakim-inspektor: Elçin Səmədli 1 may. Olimpik Star. Saat 14:00

Neftçi İK – Şuşa Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Kənan Manafov Hakim-inspektor: Azad Hüseynov 1 may. Olimpik Star. Saat 16:00

Yasamal Bakı – U-19 Hakimlər: Hacıəli Ağayev, İmran Məhərrəmov, Vüsal Balaşov Hakim-inspektor: Əfqan Həmzəyev 1 may. Olimpik Star. Saat 18:00  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər