Yüksək Liqa: Bu gün çempion muəyyənləşir

Yüksək Liqa: Bu gün çempion muəyyənləşir

Bu gün futzal üzrə Yüksək Liqada 2025-2026-cı illər mövsümünün sonuncu oyunu keçiriləcək. 

Fanat.Az xəbər verir ki, çempion adı uğrunda həlledici qarşılaşmada "Neftçi" İK ilə "Araz-Naxçıvan" üz-üzə gələcək.

Bakı İdman Sarayında təşkil olunacaq oyun saat 19:00-da start götürəcək və CBC Sportla canlı yayımlanacaq. Lider "Neftçi"yə heç-heçə də sərf edəcək. 

Oyunu FİFA referiləri idarə edəcəklər.

Yüksək Liqa 20-ci tur 18 may

19:00. Neftçi İK – Araz-Naxçıvan Hakimlər: Knyaz Əmiraslanov, Əli Cəbrayılov, İmran Məhərrəmov Ehtiyat hakim: Hidayət Feyzullayev Hakim-inspektor: Elçin Səmədli Bakı İdman Sarayı. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər